• info@az-hosting.org
  • +994 70 579 47 37
  • ŞƏXSİ KABİNET
Az-Hosting
  • Domen
    • Veb Hostinq
    • Reseller
    • VPS/VDS
    • Dedicated Server
  • Korporativ Email
    • Biz kimik?
    • Niyə məhz biz?
    • Müştərilərimiz
  • Əlaqə
Az-Hosting
Domen
Hosting
Veb HostinqReseller HostingVPS / VDS ServerDedicated Server
Korporativ Email
Haqqımızda
Biz kimik?Niyə məhz biz?Müştərilərimiz
Əlaqə Şəxsi kabinet

İctimai Oferta Müqaviləsi və Xidmət Şərtləri

Son yenilənmə: 14 sentyabr 2026
1Ümumi müddəalar və tərəflər 2Müqavilənin predmeti 3Elektron qəbul 4Qeydiyyat və hesab təhlükəsizliyi 5Ödəniş və aktivləşmə 6Xidmət müddəti və silinmə 7Geri ödəniş 8Backup və məlumatların qorunması 9Məqbul istifadə və qadağan edilən informasiya 10Elektron poçt xidmətləri 11Domen, SSL və üçüncü tərəf xidmətləri 12Resurs istifadəsi və texniki dəyişikliklər 13Müştərinin məsuliyyəti 14İcraçının hüquqları və məsuliyyəti 15Abuse və qanuni tələblər 16Fors-major 17Şərtlərə dəyişiklik 18Mübahisələrin həlli 19Əlaqə
İCTİMAİ OFERTA MÜQAVİLƏSİ VƏ XİDMƏT ŞƏRTLƏRİ

Bu sənəd Az-Hosting.org tərəfindən təqdim olunan hostinq, reseller hostinq, VPS/VDS, Dedicated Server, domen qeydiyyatı, SSL sertifikatları, korporativ elektron poçt və digər əlaqəli internet xidmətlərinin sifarişi və istifadəsi şərtlərini müəyyən edir.

Saytda qeydiyyatdan keçən, bu şərtləri elektron qaydada qəbul edən, sifariş yerləşdirən və ya ödəniş edən Müştəri sənədlə tanış olduğunu və onun şərtlərini qəbul etdiyini təsdiq edir.

1. Ümumi müddəalar və tərəflər

İcraçı: Az-Hosting.org administrasiyası, fərdi sahibkar Rəhimli Mürvət Asif oğlu, VÖEN: 6801526452. Hüquqi ünvan: Sabirabad şəhəri, İ. İsgəndərov küçəsi 2/38. Rəsmi domen: az-hosting.org.

İcraçı host provayder kimi 04.06.2019 tarixində Uçot №5 ilə uçota alınmışdır.

Müştəri: Az-Hosting.org və ya my.az-hosting.org üzərindən qeydiyyatdan keçən, xidmət sifariş edən və ya xidmətlərdən istifadə edən fiziki və ya hüquqi şəxs.

2. Müqavilənin predmeti

İcraçı Müştəriyə seçilmiş tarif və sifariş şərtlərinə uyğun internet və informasiya texnologiyaları xidmətləri təqdim edir.

Xidmətin növü, qiyməti, müddəti və texniki parametrləri sifariş səhifəsində və Müştərinin şəxsi kabinetində göstərilən məlumatlara əsasən müəyyən edilir.

3. Elektron qəbul və müqavilənin qüvvəyə minməsi

Müştərinin qeydiyyat zamanı bu şərtləri qəbul etməsi, sifariş yerləşdirməsi və ya ödəniş etməsi elektron qəbul hesab olunur.

Şəxsi kabinetdə saxlanılan sifariş, hesab-faktura, ödəniş, elektron razılıq, IP ünvanı, tarix, saat və digər texniki qeydlər qanunvericiliyin icazə verdiyi həddə əməliyyatların təsdiqi üçün istifadə oluna bilər.

4. Qeydiyyat və hesab təhlükəsizliyi

Müştəri qeydiyyat və sifariş zamanı tələb olunan məlumatları düzgün və aktual təqdim etməlidir. Xidmətin növü, təhlükəsizlik yoxlaması və ya qanuni tələb zəruri etdikdə əlavə identifikasiya məlumatları tələb oluna bilər.

Saxta, başqasına məxsus və ya yanlış məlumatların təqdim edilməsi xidmətin aktivləşdirilməsinin rədd edilməsinə və ya hesabın məhdudlaşdırılmasına səbəb ola bilər. Giriş məlumatlarının təhlükəsiz saxlanılmasına görə Müştəri məsuliyyət daşıyır.

5. Ödəniş və xidmətin aktivləşdirilməsi

Xidmətlər əvvəlcədən ödəniş prinsipi ilə təqdim olunur. Ödəniş bank kartı, bank köçürməsi, elektron ödəniş sistemi və ya saytda göstərilən digər üsullarla həyata keçirilə bilər.

Ödəniş təsdiqləndikdən sonra avtomatik aktivləşdirilə bilən xidmətlər mümkün qədər dərhal aktiv edilir. Domen, SSL, VPS/VDS, Dedicated Server, lisenziya və xüsusi konfiqurasiya tələb edən xidmətlərin aktivləşməsi texniki və üçüncü tərəf prosedurlarından asılı ola bilər.

Kartın tam nömrəsi, CVV/CVC və digər həssas kart rekvizitləri Az-Hosting.org serverlərində saxlanılmır.

6. Xidmət müddəti, dayandırılma və silinmə

6.1. Xidmət müddəti bitdikdə və növbəti dövr üzrə ödəniş edilmədikdə xidmət avtomatik dayandırılır. Müştəriyə ödəniş üçün 7 (yeddi) təqvim günü əlavə müddət verilir; bu müddətdə xidmət bağlı vəziyyətdə qalır.

6.2. 7 gün ərzində ödəniş edilmədikdə İcraçı xidməti və ona aid məlumatları silmək hüququna malikdir. Xidmətin daha uzun müddət sistemdə saxlanılması pulsuz saxlanma və ya backup zəmanəti yaratmır.

6.3. Dayandırılmış xidmət və məlumatlar hələ sistemdə saxlanılırsa, xidmətin yenidən aktivləşdirilməsi üçün əvvəlki ödəniş tarixindən yaranmış bütün qalıq borc və yeni xidmət dövrünün haqqı tam ödənilməlidir. Sonradan edilən ödəniş əvvəlki hesablaşma tarixini dəyişmir.

6.4. Xidmət sistemdən silindikdən sonra yeni sifariş verilə bilər. Köhnə məlumatların bərpasına zəmanət verilmir. Ehtiyat nüsxə mövcud olduqda məlumatların bərpası ayrıca ödənişli texniki xidmət kimi həyata keçirilə bilər.

7. Geri ödəniş

7.1. Müştərinin müqavilədən imtina və geri ödəniş hüquqları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirilir.

7.2. Qanunvericiliklə nəzərdə tutulan hüquqlara əlavə olaraq, hostinq xidməti Az-Hosting.org-dan qaynaqlanan və aradan qaldırıla bilməyən texniki problem səbəbindən istifadəyə yararsız olduqda Müştəri xidmətin alınmasından 7 (yeddi) təqvim günü ərzində geri ödəniş üçün müraciət edə bilər.

7.3. Domen, SSL sertifikatı, lisenziya, VPS/VDS, Dedicated Server və digər üçüncü tərəf və ya xüsusi konfiqurasiya tələb edən xidmətlər üzrə əməliyyat icra edilmiş, resurs ayrılmış və ya üçüncü tərəfə ödəniş edilmişdirsə, geri ödəniş yalnız qanunvericiliyin tələb etdiyi hallarda həyata keçirilir.

7.4. Müştərinin balansına əlavə etdiyi vəsait gələcək xidmət ödənişləri üçün avans hesab olunur və qanunvericiliyin məcburi qaydaları istisna olmaqla geri qaytarılmır. Müştərinin öz istəyi ilə aktiv xidməti dayandırması və ya müqaviləni ləğv etməsi istifadə edilmiş xidmət dövrü üzrə geri ödəniş hüququ yaratmır.

7.5. Geri ödəniş təsdiqləndikdə məbləğ mümkün olduqda ödənişin aparıldığı üsulla geri qaytarılır. Vəsaitin karta və ya hesaba faktiki daxil olma müddəti bank və ödəniş provayderinin emal müddətindən asılıdır.

8. Backup və məlumatların qorunması

8.1. Az-Hosting xidmətlərin təhlükəsizliyini və məlumatların qorunmasını təmin etmək məqsədilə texniki imkanlar daxilində serverdaxili və mümkün olduqda ayrıca infrastrukturda ehtiyat nüsxələrin yaradılması və saxlanılması üçün tədbirlər görür.

8.2. İcraçı tərəfindən yaradılan ehtiyat nüsxələr əlavə təhlükəsizlik tədbiri xarakteri daşıyır və məlumatların hər bir halda bərpa ediləcəyinə zəmanət vermir.

8.3. Müştəri öz sayt fayllarının, verilənlər bazalarının, elektron poçtlarının və digər vacib məlumatlarının aktual ehtiyat nüsxələrini mütəmadi olaraq özü yaratmalı və Az-Hosting infrastrukturundan kənarda təhlükəsiz şəkildə saxlamalıdır.

8.4. Backup-ların mütəmadi yaradılması və ayrıca saxlanılması Müştərinin məsuliyyətidir. Texniki nasazlıq, avadanlıq problemi, proqram xətası, kiberhücum, zərərli proqram, yanlış silinmə, üçüncü tərəf müdaxiləsi və digər gözlənilməz hallar nəticəsində İcraçı tərəfindən saxlanılan backup-ların əlçatan olmaması və ya bərpanın mümkün olmaması halında İcraçı məlumatların bərpasına zəmanət vermir.

9. Məqbul istifadə və yayılması qadağan edilən informasiya

9.1. Az-Hosting xidmətlərindən Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Xidmət Şərtlərinə uyğun istifadə edilməlidir.

9.2. Azərbaycan Respublikasının qanunvericiliyində yayılması qadağan edilən informasiyanın Az-Hosting xidmətlərində yerləşdirilməsi, saxlanılması və yayılması qadağandır. Bura xüsusilə aşağıdakılar daxildir:

  • terrorçuluğun təbliği, maliyyələşdirilməsi və terrorçuluğa açıq çağırışlar;
  • zorakılığın və dini ekstremizmin təbliği, milli, irqi və ya dini nifrət və düşmənçiliyə çağırışlar;
  • dövlət sirri təşkil edən və qanunla yayılması məhdudlaşdırılan hərbi məlumatlar;
  • silah, döyüş sursatı və partlayıcı maddələrin hazırlanmasına dair qanunla qadağan edilmiş məlumatlar;
  • narkotik və psixotrop maddələrin hazırlanması, istifadəsi və qanunsuz əldə edilməsinə dair məlumatlar;
  • pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid informasiya;
  • qanunvericilikdə nəzərdə tutulan ictimai mənəviyyatı təhqir edən və milli-mənəvi dəyərlərə zidd məzmun;
  • qanunla icazə verilən hallar istisna olmaqla qumar oyunlarının təşkilinə və onlarda iştiraka təhrik edən məlumatlar;
  • intiharı təbliğ edən, ona təhrik edən və ya intihar üsullarını izah edən məlumatlar;
  • təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
  • şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə etməklə yaradılmış qanunla qadağan edilən saxta, seksual və ya pornoqrafik AI/deepfake məzmun;
  • əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;
  • qanunvericiliklə yayılması qadağan edilən digər informasiya.

9.3. Phishing, spam, malware, botnet, DDoS, brute-force, icazəsiz port scan, sistemlərə icazəsiz müdaxilə və digər qanunsuz və ya təhlükəli fəaliyyətlər qadağandır.

9.4. Shared Hosting və Reseller Hosting xidmətlərində xidmətin təyinatına uyğun olmayan crypto mining, public proxy, VPN/tunneling, torrent/P2P, arxiv/download xidməti və digər yüksək resurs tələb edən fəaliyyətlər məhdudlaşdırıla və ya qadağan edilə bilər. VPS/VDS və Dedicated Server xidmətlərində belə texnologiyaların qanuni istifadəsinə icazə verilir, lakin spam, phishing, botnet, kiberhücum və digər qanunsuz fəaliyyətlər qadağandır.

9.5. Yayılması qadağan edilən informasiya və ya ciddi təhlükəsizlik pozuntusu aşkar edildikdə İcraçı qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatın götürülməsini tələb etmək, həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə girişi məhdudlaşdırmaq, xidməti dayandırmaq və zəruri hallarda aidiyyəti orqanlarla əməkdaşlıq etmək hüququna malikdir.

10. Elektron poçt xidmətləri

Elektron poçt xidmətlərindən spam, phishing, spoofing, saxta göndəriş və icazəsiz reklam üçün istifadə etmək qadağandır. Göndəriş limitləri tarifə, server reputasiyasına və anti-spam siyasətinə əsasən müəyyən edilə və dəyişdirilə bilər.

Komprometasiya olunmuş və ya spam göndərdiyi aşkar edilən mailbox və ya domen təhlükəsizlik məqsədilə müvəqqəti bloklana bilər. SPF, DKIM, DMARC və digər texniki tədbirlərin tətbiqi məktubun bütün xarici provayderlərdə inbox-a çatmasına zəmanət vermir.

11. Domen, SSL və üçüncü tərəf xidmətləri

Domen qeydiyyatı, transfer və uzadılma müvafiq domen inzibatçısı və registrator qaydalarına tabedir. Müştəri domenin vaxtında uzadılmasına görə məsuliyyət daşıyır.

SSL sertifikatları, lisenziyalar və digər üçüncü tərəf məhsullarında aktivləşdirmə, doğrulama, ləğv və digər şərtlər həmin məhsulun təminatçısının qaydalarından asılı ola bilər.

12. Resurs istifadəsi və texniki dəyişikliklər

Xidmətlər seçilmiş tarif üzrə CPU, RAM, disk, trafik və digər texniki resurs limitləri çərçivəsində təqdim edilir.

İcraçı təhlükəsizlik, sabitlik və performans məqsədilə hesabları və serverləri fərqli node, platforma və ya infrastruktura köçürə, texniki zərurət olduqda IP ünvanını və proqram təminatı komponentlərini dəyişə bilər. Konkret IP, data mərkəzi və ya hardware yalnız ayrıca yazılı şəkildə zəmanət verildikdə dəyişməz şərt hesab olunur.

13. Müştərinin məsuliyyəti

Müştəri hesabında, saytında, serverində, domenində, elektron poçtunda və digər xidmətlərində yerləşdirdiyi və ya yaydığı məzmunun qanuniliyinə, istifadə etdiyi proqramların və giriş məlumatlarının təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

Müştərinin fəaliyyəti nəticəsində İcraçıya qarşı əsaslandırılmış hüquqi tələb, cərimə və ya birbaşa xərc yarandıqda məsuliyyət qanunvericiliyə uyğun qaydada Müştəriyə aid edilə bilər.

14. İcraçının hüquqları və məsuliyyətinin məhdudlaşdırılması

İcraçı xidmətlərin təhlükəsiz və stabil işləməsi üçün texniki tədbirlər görür. Data mərkəzi, upstream provayder, registrator, DNS infrastrukturu, ödəniş sistemi, telekommunikasiya şəbəkəsi, üçüncü tərəf proqram təminatı və Müştərinin öz sistemindən qaynaqlanan problemlərə görə məsuliyyət qanunvericiliyin icazə verdiyi həddə məhdudlaşdırılır.

Planlı texniki işlər, təhlükəsizlik tədbirləri, DDoS hücumları, hardware nasazlığı və digər fövqəladə hallarda xidmətlər müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilikdə məcburi nəzərdə tutulan məsuliyyətlər istisna edilmir.

15. Abuse, dövlət orqanları və qanuni tələblər

İcraçı səlahiyyətli dövlət orqanlarının, məhkəmələrin və digər səlahiyyətli qurumların qanunvericiliyə uyğun sorğu, qərar və göstərişlərini icra edə bilər.

Yayılması qadağan edilən informasiya, phishing, malware, spam, kiberhücum və digər ciddi abuse aşkar edildikdə və ya bu barədə əsaslandırılmış məlumat daxil olduqda İcraçı qanunvericiliyə uyğun olaraq məzmunun götürülməsi, girişin məhdudlaşdırılması və ya xidmətin dayandırılması üçün tədbirlər görə bilər.

16. Fors-major

Tərəflərin nəzarətindən kənar və qarşısı real olaraq alına bilməyən hadisələr nəticəsində öhdəliklərin icra edilməməsi və ya gecikməsi hallarında məsuliyyət qanunvericiliyə uyğun müəyyən edilir. Təbii fəlakətlər, genişmiqyaslı rabitə və enerji qəzaları, müharibə, dövlət məhdudiyyətləri və genişmiqyaslı kiberhücumlar belə hallara aid edilə bilər.

17. Şərtlərə dəyişiklik

Az-Hosting qanunvericilik, texnologiya, təhlükəsizlik, tarif və xidmət şərtlərində baş verən dəyişikliklərlə əlaqədar bu sənədi yeniləyə bilər. Texniki və redaktə xarakterli dəyişikliklər dərc edildikdən sonra tətbiq oluna bilər; Müştərinin hüquq və öhdəliklərinə əhəmiyyətli təsir edən dəyişikliklər mümkün olduqda şəxsi kabinet, e-mail və ya digər elektron vasitə ilə bildirilir.

18. Tətbiq olunan hüquq və mübahisələrin həlli

Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir. Mübahisələrin ilk növbədə tərəflər arasında danışıqlar yolu ilə həll edilməsinə çalışılır; razılıq əldə edilmədikdə mübahisə qanunvericiliklə müəyyən edilmiş aidiyyət üzrə həll edilir.

19. Əlaqə

Az-Hosting.org
Fərdi sahibkar: Rəhimli Mürvət Asif oğlu
VÖEN: 6801526452
Hüquqi ünvan: Sabirabad şəhəri, İ. İsgəndərov küçəsi 2/38
Host provayder uçotu: №5 (04.06.2019)
E-mail: info@az-hosting.org
Telefon: +994 70 579 47 37
Rəsmi sayt: az-hosting.org

Az-Hosting
info@az-hosting.org
+994 70 579 47 37
WhatsApp

İnternet telekommunikasiya xidmətinin göstərilməsinə dair bildiriş №5 .

Xidmətlər

  • Domen
  • Hosting
  • Korporativ Email
  • Reseller Hosting
  • VPS / VDS Server
  • Dedicated Server

Məlumat

  • Haqqımızda
  • Müştəri fikirləri
  • Bizimlə əlaqə

Şirkət

  • Müqavilə və xidmət şərtləri
  • Məxfilik siyasəti
  • Yeniliklər və aksiyalar
  • Şəxsi kabinet

© 2012–2026 Az-Hosting. Bütün hüquqlar qorunur.