EU-DS-01
- RAM
- 64 GB
- Disk
- 2×512 GB SSD
- Port
- 1 Gbit/s
- Trafik
- Limitsiz
- IP
- 1 IPv4
Yüksək trafikli saytlar, verilənlər bazaları, korporativ sistemlər və daimi yüksək yük tələb edən layihələr üçün ayrıca fiziki server. Azərbaycan və Avropa lokasiyalarında uyğun konfiqurasiyanı seçin.
Avropa lokasiyasında hazır Dedicated Server paketləri var. Azərbaycanda fiziki serverlər sifariş əsasında hazırlanır — uyğun prosessor, RAM və disk seçimini edib qiymət və mövcudluğu soruşa bilərsiniz. Lazım olduqda RAM və disk həcmini artırmaq mümkündür.
Hazır serverlərdən uyğun modeli seçin. Daha çox RAM və ya disk lazımdırsa, server imkanlarına uyğun genişləndirək.
Azərbaycan lokasiyasında serverlər sifariş əsasında hazırlanır. Sizə uyğun CPU, RAM və disk konfiqurasiyasını seçin — mövcudluğu və aktual qiyməti təsdiqləyək.
Windows Server, ödənişli idarəetmə paneli, backup, əlavə IP və xüsusi server xidmətləri ayrıca hesablanır.
CPU, RAM və disk fiziki serverinizə ayrılır.
RAM və disk server modelinə uyğun artırıla bilər.
Linux-da root, Windows Server-də Administrator girişi.
Server seçimi və bağlantı məsələlərində birbaşa dəstək.
Daimi yüksək CPU yükü, böyük verilənlər bazası, çoxsaylı virtual serverlər və ya tam fiziki resurs tələb edən layihələr üçün Dedicated Server daha uyğun seçimdir.
Əlavə sualınız və ya fərqli konfiqurasiya tələbiniz varsa bizimlə əlaqə saxlayın.
Dedicated server prosessor, RAM, disk və digər fiziki resursların bir müştərinin istifadəsinə ayrıldığı serverdir. VPS-dən fərqli olaraq fiziki server resursları digər müştərilərlə paylaşılmır.
Bəli. Azərbaycan lokasiyasında fiziki serverlər sifariş əsasında hazırlanır. Mövcudluq, uyğun konfiqurasiya, aktual qiymət və təhvil müddəti sifarişdən əvvəl təsdiqlənir.
Hazırlanma müddəti lokasiya, stok vəziyyəti və tələb edilən quraşdırmadan asılıdır. Mövcudluq, qiymət və təhvil müddəti sifarişdən əvvəl təsdiqlənir.
Ubuntu, Debian, AlmaLinux, Rocky Linux, CentOS Stream, Fedora, Oracle Linux və uyğun Windows Server versiyaları quraşdırıla bilər. Windows Server və ödənişli idarəetmə paneli lisenziyaları ayrıca hesablanır.
Bəli. 1C, CRM/ERP, SQL verilənlər bazaları, korporativ tətbiqlər və daimi yüksək yük tələb edən sistemlər üçün CPU, RAM və disk ehtiyacına uyğun fiziki server seçilə bilər.
Bəli. Server modelinə, boş slotlara və stok vəziyyətinə uyğun olaraq əlavə RAM, SSD və digər disk konfiqurasiyaları ayrıca ödənişlə təqdim edilə bilər.
Bəli. Fərqli CPU, daha çox RAM, əlavə disk həcmi və ya başqa lokasiya lazımdırsa tələbinizi göndərin. Mövcud serverlər əsasında fərdi təklif hazırlaya bilərik.
Bəli. Serverin seçimi, hazırlanması və bağlantı ilə bağlı 7/24 texniki dəstək mövcuddur. Davamlı administrasiya, backup, ödənişli lisenziyalar və xüsusi server işləri ayrıca təqdim olunur.
Layihənin növünü, lokasiyanı və tələb olunan resursları yazın. Mövcud serverlər arasından uyğun variantı təklif edək.