Qeyd. Bu müqavilə Fiziki və Hüquqi şəxslər ilə www.az-hosting.org saytı üzərindən sifariş edilən xidmətlərin istifadə şərtlərini təyin edən qaydalardan ibarətdir. İnternet saytımız üzərindən hər hansı bir məhsulu sifariş etməzdən əvvəl bu qaydaları TAM OLARAQ oxumaq lazımdır! Burada qeyd olunan şərtlərdən hər hansı birini qəbul etmirsinizsə zəhmət olmasa sifariş əməliyyatlarınızı ləğv edin. Hər hansı məhsul və ya xidmət sifariş etməyin.
Bir tərəfdən Az-Hosting.org administrasiyası, "İcraçı" olaraq qeyd olunacaqdır. Digər tərəfdən bu müqaviləni, icraçının saytında qeydiyyatdan keçərkən, saytda göstərilən xidmətlərin sifarişi zamanı bu qaydaları qəbul etmiş şəxs və ya qurum, "Müştəri" olaraq qeyd olunacaqdır.
Müqavilənin müddəti.
Müştərinin icraçının veb saytından qeydiyyatdan keçməsi ilə müqavilə qüvvəyə minir. Müqavilə müddətsizdir.1. Xidmət müqaviləsi
1.1 Qeydiyyatdan keçmiş müştəri, icraçının saytında qeyd olunan müqavilə və istifadə şərtlərini oxumuş və qəbul etmiş sayılır. Müqavilə maddələri icraçının saytından aylıq, illik ödəmə edilən bütün xidmətlər üçün keçərlidir. İcraçının saytına üzv olaraq xidmət alan müştəri bu məlumatların doğruluğunu qəbul etmiş sayılır. 1.2 Sifariş edildikdən sonra, müştəriyə istifadəçi adı və şifrə məlumatları göndərilir. Müştərinin qeyd etdiyi e-mail adresdən gələcəkdə hər hansı bir bildiriş göndərmək üçün istifadə ediləcəkdir. Bu e-mail adresin etibarlı olması müştərinin məsuliyyətinə aiddir. Müştərinin e-mail ünvanındakı hər hansı bir xətadan dolayı məlumatların çatmaması icraçının məsuliyyətində deyil. 1.3 İcraçı tərəfdən təqdim edilən kampaniyalar daxilində alınan xidmətlər kampaniya müddəti ərzində keçərlidir. Kampaniya müddəti icraçı tərəfindən təyin olunacaqdır. 1.4 Müştəri məlumatlarında qeyd olunan məlumatların doğru olub-olmaması müştərinin məsuliyyətindədir.2. Sahiblik hüququ
İstifadəçi şifrələrini unudan xidmət sahibi qeydli e-mail ünvanına şifrələrini icraçının saytı üzərindən tələb edə bilər. Məlumatların yoxlanması məqsədilə İcraçı Müştəridən şəxsiyyət vəsiqəsinin skan olunmuş versiyasını tələb edə bilər. Vəsiqədəki məlumatlar istifadəçi panelində yazılan məlumatlarla uyğun olmalıdır. Əks halda İçraçı Müştərinin hesabını bloklamaq hüququna malikdir.3. Geri ödəmə şərtləri
Təqdim olunan xidmətin (hostinq, reseller, vps, server və ya domen) fəaliyyətində yaranan problemin səbəbi Az-Hosting.org olarsa, məhsul alındığı tarixdən 24 saat ərzində müştəri xidmətlərimizə bu barədə məlumat vermək şərtilə həmin məbləğ geri ödənilə bilər. Əks halda, balansa qoyulan məbləğ yalnız və yalnız sayt daxilində xərclənə bilər, geri ödənişin edilməsi mümkün deyil.4. Backup
İcraçı müştərinin bütün məlumatlarını günlük olaraq backup və məlumat təhlükəsizliyini təmin edir. Lakin müştərinin backup fayllarında çıxan hər hansı bir zədələnməyə icraçı cavabdehlik daşımır. Buna görə də müştəri hər zaman öz veb saytına aid fayllarını özündə qoruyub saxlamalıdır. Sayt məlumatlarınızın hər hansı texniki və ya kənar müdaxilələr səbəbindən itmə, silinmə kimi halların baş vermə ehtimalını nəzərə almağınızı və mütəmadi olaraq baza məlumatlarınızın bir nüsxəsini özünüzdə saxlamağınızı xahiş edirik.5. Məzmun
5.1 İcraçının serverlərində yazılı, səsli və ya vizual məzmun, material Azərbaycan Respublikası qanunlarına və beynəlxalq qanunlara zidd ola bilməz. Əks halda yaranan bütün maddi və mənəvi məsuliyyətlər müştəriyə aiddir. İcraçının təmin etdiyi bütün xidmətlər yalnız qanuni və etibarlı məqsədlər üçün istifadə edilə bilər. Müştərilər, icraçıya toxunulmazlıq haqqı verməyi qəbul edər və buna əlavə olaraq xidmət şərtləriylə əlaqədar hər hansı bir qərardan icraçını məsul tuta bilməz. 5.2 Müştəri, serverdə saxlanan məlumatlarında heç bir şəkildə qanunlara, əxlaqi və qanuni dəyərlərə zidd, yazılı və ya vizual məzmun, müəllif hüquqlarına zidd və ödənişsiz paylanmasına icazə verilməmiş hər cür material, pirat proqramlar saxlamayacağını qəbul edir. Qeyd olunanların əksi olarsa, icraçı məsul tutula bilməz, məsuliyyət müştəriyə aiddir. Bu maddədə qeyd olunanların əksi baş verdikdə, icraçı müqaviləni ləğv etmə hüququna malikdir. 5.3 İcraçının xidmətlərini istifadə edərək spam mail göndərilməsi, spam mail proqramlarının istifadəsi qəti şəkildə qadağandır. 5.4 İcraçının xidmətlərindən istifadə edən hər bir kəs CPU, RAM və şəbəkə xidmətlərindən normal istifadə etməli, digər müştərilərə maneə törətməməlidir. 5.5 İcraçıdan alınan hosting xidmətlərində arxiv, download, torrent və s. paylaşma vasitəsi olaraq istifadə etməsi qadağandır. Xüsusilə lisenziya haqqlarına sahib olmayan, film, musiqi, video və s. məlumatların saxlanılması və yayınlanması qadağandır.6. Bütün hostinq,reseller ve server paketlərində qəbul edilməyən məzmun nümunələri
- Pirat və Warez proqramlar - Image Hosting Sciptləri (Photobucket, tinypic və s.) - Pornoqrafik, Adult, Erotik, Adult şəkil, video kimi hər cür məzmuna sahib saytlar - Mail Bomber /Spam Scriptləri - File Dump/Mirror Script (Rapidshare və s.) - Audio/Video Streaming - Lotoreya / Qumar saytları - Hack ile əlaqədar saytlar / arxivlər / programlar - Qeyri qanuni fəaliyyətləri dəstəkləyən saytlar - Phishing və s.7. Mail xidmətləri
İcraçının xidmətlərindən istifadə edən hər bir kəsin spam mail göndərməsi qəti şəkildə qadağandır. Spam göndərən istifadəçinin hesabı dərhal dayandırılacaq. Serverlərdə günlük mail göndərilməsinin müştərinin hesabına düşən pay 1000 (min) ədəddir. Mail şifrələrinin ən az 8 hərfdən ibarət olması və en az bir hərfinin böyük, rəqəm və simvoldan ibarət olması məsləhətdir. Şifrələrin sadə olması səbəbiylə oğurlanan və məlumatları zərər görən hesabların məsuliyyəti müştəriyə aiddir.8. Domain qaydaları
8.1 .AZ domen qaydaları - “.AZ” domen adları minimum 3 simvoldan ibarət olmalıdır. - Əxlaq normalarına zidd və ya ölkənin milli-mədəni sərvətlərinin adını daşıyan domenlər qeydiyyata alınmır. - Region adlarına və onların beynəlxalq qısaldılmış adlarına uyğun domenlər qeydiyyata alınmır. - Brend adlarına uyğun domenlər yalnız müvafiq brendin məxsus olduğu şirkətin rəsmi icazəsi olduğu halda qeydiyyata alına bilər. - “.AZ” domenlərin qeydiyyatını yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nə sahib olan şəxslər həyata keçirə bilər. - Şənbə və bazar günləri, eyni zamanda saat 18:00 –dan sonra sifariş edilən “.AZ” domenlər yalnız növbəti iş günündə qeydiyyata göndərilir. - Qeydiyyat müddəti 1 iş günü təşkil edir (İnterval qeyd olunduğu gündən hesablanır). - NS (nameserver) dəyişmək müddəti 1-24 saat təşkil edir. 8.2 Beynəlxalq domen qaydaları - Domen adları minimum 3 simvoldan ibarət olmalıdır. - Domen adları əxlaq normalarına uyğun olmalıdır - Domeni aktivləşdirmək üçün e-mail ünvanınıza göndərilən təsdiq linkinə daxil olmağınız mütləqdir. - NS (nameserver) dəyişmək müddəti 1-24 saat təşkil edir. - E-mail ünvanınızı düzgün daxil etdiyinizdən əmin olun. Xarici domenlərin daxil edilən e-mail ünvanlarının dəyişdirilməsi yalnız domen alındıqdan 60 gün sonra həyata keçirilir. İstifadəçi məlumatlarının və E-mail ünvanın yanlış yazılması ilə əlaqədar domendə baş verən neqativ hallara görə Müştəri birbaşa məsuliyyət daşıyır.9. Ödəniş qaydaları və aktivləşmə
- Bütün xidmətlərin ödənişi əvvəlcədən, saytda göstərilən ödəniş üsullarından biri ilə qəbul edilir. - Beynelxalq domenlər ödənişdən dərhal sonra (bəzən 1-24 saat ərzində) aktiv olunur. - Hosting və reseller xidmətləri ödənişdən dərhal sonra aktiv olunur. - VDS və Dedicated server xidmətləri konfiqurasiyadan asılı olaraq ödənişdən sonra 1-48 saat ərzində təhvil verilir. - Hosting və Reseller xidmətlərində ödəniş müddəti başa çatdıqda hesab avtomatik bloklanır və 7 gün müştəriyə yenidənaktivetmə üçün vaxt verilir. 7 gün ərzində xidmətin müddəti artırılmazsa hesab serverden silinir. Hər hansı səbəbdən hosting hesabı bağlanmazsa və bu haqqda müştəri tərəfindən host provayderə məlumat verilməzsə, provayder istifadə olunan müddətin ödənişini sonradan tələb etmək hüququna malikdir! - Server xidmətlərində ödəniş müddəti başa çatdıqda hesab avtomatik bağlanır və serverin silinmə müddətini host provayder istədiyi vaxt təyin edə bilər. Müştəri server sifariş etdikdə vaxtı bitmədən müddəti artırmalı və ya gecikmə ilə bağlı provayderə əvvəlcədən məlumat verməlidir. - Domen vaxtı bitməyinə 30 gün qalmış müştəriyə e-mail vasitəsilə bildiriş göndərilir. Domen sahibi domen vaxtını minimum 7 gün qalmış artırmalıdır.10. Əlavələr
Müştəri istədiyi zaman öz hesabını dondura bilər. Bu zaman istifadə olunmamış ayların ödənişləri geri qaytarılmır. İcraçı istənilən zaman qiymət və müqavilə şərtlərini müştəriyə xəbər vermədən dəyişdirmək və əlavələr etmək hüququna malikdir.Siz öz müqavilənizin əslini və hesab fakturalarınızı Şəxsi Kabinet -> Hesablar bölməsindən əldə edə bilərsiniz. Əgər fiziki şəkildə müqavilə bağlanmalıdırsa öz tərəfinizdən müqaviləni çap edib, imzalayaraq iki nüsxədə bizim poçt ünvanımıza göndərə bilərsiniz.
Fiziki şəxslər üçün: xidmət müqaviləsi - yüklə Hüquqi şəxslər üçün: xidmət müqaviləsi - yüklə