2012-Cİ İLDƏN AZƏRBAYCANDA HOSTİNQ VƏ SERVER XİDMƏTLƏRİ

Niyə məhz Az-Hosting?

Az-Hosting-də xidmətin keyfiyyətini yalnız paketdə yazılan resurslarla ölçmürük. İnfrastrukturun stabil işləməsi, məlumatların qorunması və texniki məsələlərdə əlçatan dəstək bizim üçün əsas göstəricilərdir.

99.9% uptime, backup xidməti, 7/24 texniki dəstək və server idarəetməsi üzrə uzunmüddətli təcrübə bu yanaşmanın əsas hissələridir.

İŞ PRİNSİPLƏRİ

Xidməti necə idarə edirik?

Xidmət yalnız aktivləşdirmə ilə bitmir. Quraşdırma, nəzarət və texniki dəstək xidmət müddətində davam edir.

Ehtiyaca uyğun resurs

Layihənin cari tələbinə uyğun resursdan başlanır. Trafik və yük artdıqda daha yüksək xidmət səviyyəsinə keçid planlı şəkildə aparılır.

Problemin mənbəyi araşdırılır

Sayt və ya email problemi yarananda yalnız görünən xətaya baxılmır. Ehtiyac olduqda PHP, database, DNS, SSL, mail və server resursları birlikdə yoxlanılır.

Backup və bərpa

Ehtiyat nüsxə xidmətin təhlükəsizlik planının bir hissəsidir. Bərpa ehtiyacı yarananda proses əvvəlcədən qurulmuş backup mexanizmi üzərindən aparılır.

Dəstək xidmət müddətində davam edir

Aktiv xidmətlə bağlı köçürmə, DNS, SSL, email və server məsələlərində texniki dəstək sifarişdən sonra da davam edir.

KORPORATİV EMAIL ÜZRƏ TƏCRÜBƏ

Email xidməti ayrıca nəzarət tələb edir

Şirkət emailində yalnız hesabın açılması kifayət etmir. Göndərişlərin çatdırılması, domen autentifikasiyası, istifadəçi hesablarının idarəsi və cihaz qoşulmaları ayrıca texniki nəzarət tələb edir. Buna görə korporativ email müraciətlərini sayt hostingindən ayrı email infrastrukturu üzərindən idarə edirik.

  • Email hesablarının yaradılması və dəyişikliklərin idarəsi
  • SPF, DKIM və DMARC yoxlaması
  • Outlook, mobil cihaz və webmail quraşdırılması
  • Çatdırılma və göndəriş reputasiyasının diaqnostikası
Korporativ Email paketlərinə bax
TEXNİKİ DİAQNOSTİKA

Texniki diaqnostika problemin mənbəyinə qədər aparılır

500 xətası, yavaş işləmə, DNS gecikməsi, SSL və email çatdırılma problemləri eyni səbəbdən yaranmır. Diaqnostika problemin növünə uyğun aparılır.

Lazım olduqda loglar, PHP prosesləri, database bağlantıları, DNS qeydləri, SMTP və mail növbəsi, server resursları, şəbəkə və təhlükəsizlik səviyyəsi yoxlanılır.

Sayt / PHP / Database500 xətası, performans, bağlantı və resurs problemləri
DNS / SSLDNS qeydləri, yönləndirmə və sertifikat problemləri
Email / reputasiyaSMTP, mail növbəsi, SPF/DKIM/DMARC və çatdırılma problemləri
Server / backup / təhlükəsizlikResurs, ehtiyat nüsxə, bərpa və təhlükəsizlik məsələləri
NİYƏ AZ-HOSTING?

Şəxsi və korporativ layihələr üçün əsas xidmətlər bir yerdə

Şəxsi və korporativ saytlar üçün hosting, domen, korporativ email və server xidmətlərini bir yerdən təqdim edirik. Bu xidmətlərin hamısı eyni texniki komanda tərəfindən dəstəklənir.

Veb Hostinq

Saytların sürətli, stabil və təhlükəsiz işləməsi üçün idarə olunan hostinq xidməti.

Veb Hostinqə bax
Domen

Domen qeydiyyatı, DNS sazlanması və saytla email xidmətlərinin düzgün qoşulması bir yerdən idarə olunur.

Domen xidmətinə bax
Korporativ Email

Korporativ yazışmalar ayrıca email infrastrukturu, anti-spam qorunması və texniki dəstəklə təmin olunur.

Korporativ Emailə bax
Serverlər

VPS/VDS və Dedicated Server xidmətləri daha yüksək resurs, fərdi sazlama və tam server nəzarəti tələb edən layihələr üçün təqdim olunur.

Az-Hosting üstünlüyü Hosting, domen, email və server xidmətləri eyni texniki komanda tərəfindən idarə olunur. Problem yarandıqda müxtəlif provayderlər arasında əlaqələndirmə aparmağa ehtiyac qalmır — DNS-dən serverə qədər məsələ bir yerdə araşdırılır. Konsultasiya al
TEZ-TEZ VERİLƏN SUALLAR

Xidmət seçimi və texniki dəstəklə bağlı suallar

Müştərilərdən ən çox aldığımız suallardan bir neçəsini qısa cavablandırdıq.

Niyə Az-Hosting-i seçməliyəm?

Çünki xidmət yalnız hesabın aktivləşdirilməsi ilə bitmir. İnfrastrukturun stabil işləməsi, backup, texniki dəstək və problem zamanı diaqnostika xidmətin bir hissəsidir.

VPS sifariş etmək istəyirəm. Hosting kifayət edirsə bunu deyirsiniz?

Bəli. Layihənin resurs və idarəetmə tələbi hostinglə qarşılanırsa, VPS-ə keçməyi təklif etmirik. Daha yüksək xidmət səviyyəsinə ehtiyac yarandıqda keçid planlaşdırılır.

Backupdan bərpa zamanı dəstək göstərirsiniz?

Bəli. Backup xidməti ilə yanaşı, ehtiyac yarandıqda ehtiyat nüsxədən bərpa prosesində də texniki dəstək göstərilir.

Korporativ emaildə məktublar spam-a düşürsə yoxlayırsınız?

Bəli. SPF, DKIM, DMARC, SMTP, göndəriş reputasiyası və hesab parametrləri yoxlanılır. Problemin mənbəyinə uyğun sazlama və texniki dəstək göstərilir.

Mövcud sayt və email xidmətini Az-Hosting-ə köçürməyə kömək edirsiniz?

Bəli. Mövcud xidmətlərin vəziyyəti əvvəlcə yoxlanılır, sonra köçürmə planı hazırlanır və keçid zamanı texniki dəstək göstərilir.

ƏLAQƏ

Layihəniz üçün uyğun xidməti müəyyən edək

Sayt, korporativ email və ya server layihənizin mövcud vəziyyətini və tələblərini bildirin. Uyğun həlli seçmək üçün texniki tərəfi birlikdə qiymətləndirək.